Ümumi məlumat

Azərbaycan – Avrasiya qitəsinin mühüm ölkəsi olmaqla yanaşı, həm də Cənubi Qafqazın ən iri və sıx əhaliyə malik ölkəsidir. Bununla yanaşı, paytaxt Bakının sürətlə yüksək inkişaf etmiş müasir şəhərə çevrilməsinə baxmayaraq, ətraf qəsəbələr və kəndlər hələ də toxunulmamış və arxaik olaraq qalır.

Azərbaycanın bir hissəsi Şərqi Avropaya, bir hissəsi isə  Qərbi Asiyaya düşür. Azərbaycanın şərq sahilini Xəzər dənizi əhatə edir, Rusiya Federasiyası isə onun şimal qonşusudur.  

Azərbaycanla həmsərhəd digər ölkələr: qərbdə və şimal-qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan, cənubda isə İrandır. Azərbaycanın eksklavı olan Naxçıvan  şimal-şərqdən Ermənistanla, cənubdan və cənub-şərqdən İranla, qərbdən isə  Türkiyə ilə həmsərhəddir.

Paytaxtı Bakı olan Azərbaycan 65 regiondan və 69 şəhərdən ibarətdir. Azərbaycan dilinin dövlət dili olmasına baxmayaraq, rus və türk dilləri də geniş istifadə olunur. Bəzi regionlarda əhali ingilis, alman və ərəb dillərini də bilir.

Yalnız Azərbaycanda 9 iqlim zonası mövcuddur.

Dünyada 13 iqlim zonası var ki, bunlardan 9-na Azərbaycanda rast gəlinir.

Qədim İçəri şəhər

İçəri Şəhər və ya Qədim İçəri Şəhər Bakının 9-cu əsrə aid istehkam divarları ilə əhatə olunan qədim hissəsidir. Şəhərin küçələri elə layihələndirilib ki, Xəzər dənizindən əsən güclü küləyin qarşısını alınır.

Qız Qalası

Qeyri-müəyyən layihəsi və haqqında danışılan  əfsanələr sayəsində Qız Qalası əsas memarlıq abidələrindən biridir. Deyilənlərə görə, ilkin olaraq, Qız Qalası 12-ci əsrdə Xəzər dənizinin sahilində inşa edilib (sonralar, dənizin suyu çəkilmiş və o qaladan uzaqlaşmışdır) və ehtimallara görə müşahidə qalası kimi istifadə edilirdi. Lakin, inşaat və memarlıq elementləri Qız Qalasının 2500 il əvvəl inşa edildiyini göstərir. Qız Qalası Azərbaycan tarixinin mühüm hissəsidir və əskinaslarda və digər sənədlərdə əks olunur.  

Beynəlxalq Muğam Mərkəzi

Muğam Mərkəzi Bakıda, dənizkənarı Milli Parkda inşa edilib. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən biri olan tarı xatırladır. Qabaqcıl texnologiyaların istifadəsi ilə inşa edilən binanın tikintisi üçün zəruri avadanlıqlar İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. Bu, dünyada ilk Muğam Mərkəzidir.

Dövlət Bayraq Meydanı

Bakının Bayıl qəsəbəsində yerləşən bu abidə – İstirahət parkıdır. Meydanın təntənəli açılışı 2010-cu il sentyabr ayının 10-da baş tutmuşdur. 20000 m²-lik meydanda ucaldılan dirəyin hündürlüyü 162 metr,  bünövrəsinin diametri – 3,2 metr, üst hissənin diametri – 1,09 metrdir. Bayrağın eni 35 metr, uzunluğu isə 70 metrdir, ümumi sahəsi 2450 metrə, çəkisi isə 350 kq-a bərabərdir. 2010-cu il mayın 29-da Azərbaycan Respublikasının Bayrağı dünyanın ən hündür bayrağı kimi Ginnesin Rekordlar kitabına daxil edilmişdir.

Qobustan qoruğu

Bu qoruqda Azərbaycanın arxeoloji abidələr kompleksi qorunub-saxlanır. Qoruq paytaxt Bakıdan56 kmaralıqda yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir. Burada həmçinin muzey fəaliyyət göstərir. Qobustan qədim rəqsin və musiqi mədəniyyətinin formalaşdığı ilk sənət məbədlərindən biridir.

Palçıq vulkanları

Maqmatik vulkanlarla müqayisədə palçıq vulkanları məhdud ərazilərdə yayılmışdır. Palçıq vulkanları 16000 km²-lik ərazidə yerləşir. İnsana elə gəlir ki, təbiətin sirri açılmamış bu əzəmətli təcəssümü bütün forma və növləri ilə burada qəsdən yaradılmışdır. Buna görə də Azərbaycan palçıq vulkanlarının vətəni hesab olunur. Azərbaycanda palçıq vulkanlarının geniş yayıldığı ərazilər Abşeron yarımadası, Şamaxı-Qobustan və Aşağı Kür çökəklikləri, Bakı arxipelaqı və Gürcüstanla həmsərhəd ərazilərdir.

Yanardağ

Dünyanın möcüzələrindən biri sayılır. İslam dini yayılana qədər Yanardağ dini ibadət yeri və atəşpərəstlərin sitayiş yeri olmuşdur. Bu abidə haqqında çoxlu sayda əfsanələr və şayiələr gəzir.

Yanardağın yaxınlığında, cənuba tərəf  200 metr aralıda zəif lilli su püskürən vulkan yerləşir. Yerin altından çıxan vulkanik su və kükürd trioksidi qarışığına yaxınlaşsaq, həmin an odun necə alovlandığını görmək olar. Dağdan qopan alovun hündürlüyü 10-15 metrə çatır. Alovun şöləsi qışda aydın görünür.

"Ərdəbil xalçası" və ya "Şeyx Şəfi xalçası"

Təbrizdə toxunmuş “Ləçəktürünc” kompozisiyalı məşhur xalça (ölçüsü 56,12 kv.m., Londonun Viktoriya və Albert muzeyində saxlanılır)  ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəridir. Bu xalça 1539-cu ildə Səfəvi hökmdarı 1-ci Təhmasibin sifarişi ilə Ərdəbil Məscidi üçün toxunmuşdur. Xalça ingilislər tərəfindən alınmış və 1893-cü ildə Londona aparılmışdır. Bu xalça uzun illər ərzində dünyada ən böyük xalça hesab edilmişdir.

Od məbədi

Atəşgah alovun küləklə “oynadığı” yerdə meydana gəlmişdir. Tarixi mənbələrə görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii və əbədi qazın çıxdığı yerdə inşa edilmiş, dünyanın nadir müqəddəs məbədlərindən biridir. Məbədin ən erkən konstruksiyalarından biri təqribən eramızın 1713-cü ilinə aid edilir. Məbəd-səcdəgah 1810-cu ildə hindistanlı tacir Kancanaqaranın vəsaiti ilə tikilmişdir. "Atəşgah" Şimali Hindistandan gələn və Bakıda məskən salmış hindli Sinxlər tərəfindən tikilmişdir.

Atəşgah dənizdən bir qədər aralıda, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir.

Belə od məbədləri dünyada yalnız iki yerdə – Şimali Hindistanda və Azərbaycanda yerləşir.

Naftalan nefti

Naftalan nefti Azərbaycanın ən dəyərli təbii sərvətlərindən biridir. Müalicəvi xassəsinə görə dünyada yeganə olan Naftalan nefti fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Tərkibində kifayət miqdarda qatran olması və su ilə möhkəm emulsiya əmələ gətirməsi Naftalan neftini başqa neftlərdən fərqləndirir. Tibbi xassələrinə görə dünyada yeganə olan Naftalan nefti Murov dağlarının ətəyində Azərbaycan Respublikasının Gəncə şəhərinin 50 kilometrliyində yerləşir.

Naftalan nefti əsəb, ginekoloji və uroloji xəstəliklər, oynaq, dəri və sümük xəstəliklərinin müalicəsində müstəsna keyfiyyətləri ilə dünyada məşhurdur.

Şəki Xan Sarayı

Xanlıq dövründə “Divanxana” adlanan bu sarayın tikildiyi tarix elmi ədəbiyyatda 1760-1765-ci illər olaraq qeyd edilmişdir. Orijinallığı ilə dünyada yeganə memarlıq əsəri olan Şəki Xan Sarayı Şirazlı Hacı Zeynalabdin tərəfindən layihələndirilmişdir. Saray xüsusi tikinti üslubuna malikdir. Sarayın tikintisi zamanı heç bir mismardan və ya yapışdırıcıdan istifadə edilmədiyini qeyd etmək kifayətdir. Xan Sarayı 2 mərtəbədən, 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarətdir. Şəki Xan Sarayı eyni zamanda Azərbaycan incəsənətinin və xalq tətbiqi sənətinin nadir incilərindən biridir. Sarayın rəssamlıq nümunələri bu günə qədər öz ecazkarlığını qoruyub saxlayıb. Onun divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilmişdir. Müxtəlif vaxtlarda sarayı dekorasiya edən beş rəssamın adı məlumdur.

Xınalıq və Xınalıqlılar

Xınalıqlılar Azərbaycanın etnik millətlərindən biridir. Onlar Azərbaycandakı etnik azlıqlardan unikal etnoqrafik xüsusiyyətlərinə görə fərqlənirlər. Bu etnos Qafqaz dil ailəsinə mənsubdur və Şahdağ ətrafında yerləşdiklərinə görə onlar tarixi və etnoqrafik ədəbiyyatda “Şahdağ xalqı” adlandırılırlar. Xınalıqlılar Azərbaycanın ən qədim sakinləri hesab olunur. Bu etnosun dünyada xüsusi dili və bir məskunlaşdığı yer var. Başqa sözlə desək, dünyanın etnik xəritəsində Azərbaycanın Quba rayonunda öz dili olan yeganə Xınalıq kəndi var. 



Fəsillər